Bakı. Könül Cəfərli - APA. İranın Türkiyənin İstanbul şəhərinə yeni baş konsulu təyin edilib. APA-nın məlumatına görə, İran xarici işlər naziri Əli Əkbər Salehinin təklifi üzərinə ölkə prezidenti Mahmud Əhmədinejad bu vəzifəyə Möhsün Mürtəzaifəri təsdiqləyib.
Qeyd edək ki, M.Mürtəzaifər bundan əvvəl İran XİN-də, İranın Frankfurt (Almaniya) və Ciddə (Səudiyyə Ərəbistanı) şəhərlərində baş konsulu vəzifəsində çalışıb.