Bakı. Könül Cəfərli - APA. İran Konstitusiyaya Nəzarət Şurasının (“Şuraye Nagahban”) üzvü Məhəmməd Mömin bu il iyunun 14-də ölkədə keçiriləcək növbəti prezident seçkilərindən danışıb.
APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumatına görə, o bildirib ki, seçki marafonuna qatılmaq istəyənlərin arasında hansısa “yolunu azmış” şəxs olsa, Konstitusiyaya Nəzarət Şurası həmin adamın namizədliyini qeydə almayacaq və həmin prezidentliyə namizəd diskvalifikasiya olunacaq.
Qeyd edək ki, İranın ali dini lideri, ayətullah Əli Xamneiyə yaxın saytlar və rəsmilər prezident Mahmud Əhmədinejadı qudası İsfəndiyar Rəhim Məşayini özündən sonra prezident vəzifəsinə gətirməyə cəhddə günahlandırırlar.