Bank Of Baku

İran Mərkəzi Bankının sədri: “Hazırda iqtisadi müharibə vəziyyətindəyik”

İran Mərkəzi Bankının sədri: “Hazırda iqtisadi müharibə vəziyyətindəyik”
# 26 fevral 2013 12:21 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. “İran hazırda iqtisadi müharibə vəziyyətindədir”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu İran Mərkəzi Bankının sədri Mahmud Bəhməni bildirib.

 

Onun sözlərinə görə, hər bir müharibədə itki olur: “Bu müharibədə də ölkə iqtisadiyyatına zərər dəyir. Ona görə tədbirlər almaq məcburiyyətindəyik”.

 

M.Bəhməni həmçinin deyib ki, İranda inflyasiyanın ilin sonunadək 31,5% olacağı ehtimal edilir (İranda hicri-şəmsi təqvimi olduğundan, 2012-ci il martın 20-də yekunlaşacaq): “Biz ilin sonunadək ölkədə inflyasiyanın 40% olacağını təxmin edirdik. Ancaq İran Mərkəzi Bankının aldığı tədbirlər nəticəsində inflyasiya 31,5% həddində qaldı”.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR