Bakı. Könül Cəfərli – APA. İranda narkotik maddələrin tranziti üçün istifadə edilən yolların nəzarətdə saxlanılması və dövlətə qarşı hər hansı bir fəaliyyətin qarşısını almaq üçün pilotsuz təyyarələrdən istifadə ediləcək. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İranın sərhəd qoşunları komandanı Hüseyn Zülfiqari açıqlama verib.
O bildirib ki, İranın quru və dəniz sərhəd məntəqələrində narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan mafioz dəstələrinin qarşısını almaq üçün ölkənin sərhəd hüdudları pilotsuz təyyarələr tərəfindən izlənilir: «İranın Cənub və Qərb sərhədlərində pilotsuz təyyarələrin istifadəyə verilməsi üçün lazımi hazırlıq işləri aparılır. İşlər tamamlandıqdan sonra ölkənin Cənub və Qərb sərhədləri pilotsuz təyyarələr vasitəsi ilə izləniləcək».