Bakı. Real Cəfərli - APA. İran parlamenti 1953-cü il avqustun 19-da ölkədə baş verən dövlət çevrilişi ilə bağlı qanun qəbul edib.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, sənəd ABŞ-la Böyük Britaniyanın İranın sabiq baş naziri, doktor Məhəmməd Müsəddiqin hakimiyyətdən devrilməsinə dair planının hüquqi-siyasi baxımdan araşdırılmasını ehtiva edir.
Avqustun 27-də İran parlamentində səsə qoyulan qanun layihəsinin 173 nəfər lehinə, 16 nəfər əleyhinə səs verib, 11 nəfər isə bitərəf qalıb.