Bank Of Baku

İran parlamenti ordu generalını nazir vəzifəsinə təsdiqləyib

İran parlamenti ordu generalını nazir vəzifəsinə təsdiqləyib
# 26 fevral 2013 11:08 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İran parlamenti general-mayor Məhəmməd Həsən Naminin ölkənin rabitə və informasiya texnologiyaları naziri vəzifəsinə təsdiqləyib.

 

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bu gün məsələ ölkə qanunvericiliyinə uyğun olaraq millət vəkillərinin etimadını qazanması üçün səsverməyə qoyulub və parlamentin yığıncağında iştirak edək 247 deputatdan 177 nəfəri onun lehinə səs verib.

 

Qeyd edək ki, general-mayor M.Nami İran Müdafiə Nazirliyi hərbi komandanların coğrafi şöbəsinin rəhbəri olub.

 

Xatırladaq ki, İran prezidenti Mahmud Əhmədinejad ötən il dekabrın 2-də ölkə Konstitusiyasının 135-ci maddəsini rəhbər tutaraq, ABŞ-ın “qara siyahısı”na düşmüş İranın rabitə və informasiya texnologiyaları naziri Rza Tağıpuru vəzifəsindən azad edib. İran prezidentinin digər sərəncamı ilə bu vəzifəyə hazırda yollar və şəhərsalma naziri vəzifəsini də icra edən Əli Nikzad təyin olunub. Ancaq İran parlamenti bir şəxsin iki vəzifəni icra etməsinin ölkə konstitusiyasına uyğun olmadığını əsas gətirərək bu qərara etimad göstərməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR