Bakı. Könül Cəfərli – APA. İran parlamentinin 18 deputatı ölkə prezidenti Mahmud Əhmədinejada xəbərdarlıq edib. APA-nın “Radiofərda”ya istinadən yaydığı məlumata görə, deputatların imzaladığı məktubda M. Əhmədinejadın şəriət qaydalarını pozduğu bildirilib. Məktub müəllifləri İran prezidentini xarici ölkələrə səfərləri zamanı beynəlxalq diplomatik prinsiplərə uyğun davranmağa, şəriət qaydalarına riayət etməyə və qeyri-etik rəftarı ilə ölkənin beynəlxalq imicinə xələl gətirməməyə çağırıblar.
Deputatların etirazının səbəbi martın 8-də Venesuela prezidenti Uqo Çavesin dəfn mərasimində Mahmud Əhmədinejadın davranışlarıdır.