Bank Of Baku

İran parlamentinin qarşısında etiraz aksiyası keçirilib

İran parlamentinin qarşısında etiraz aksiyası keçirilib
# 28 avqust 2013 06:46 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran parlamentinin qarşısında etiraz aksiyası keçirilib.

 

APA-nın HRANA-ya istinadən məlumatına görə, piket avqustun 27-də İran-İraq müharibəsinin veteranları və həmin müharibədə həlak olmuş şəxslərin ailə üzvləri tərəfindən təşkil edilib.

 

Onlar İran parlamentinin qəbul etdiyi “Müharibə veteranları haqqında” qanununun bəzi maddələrinə etirazlarını bildiriblər. Belə ki, əvvəlki qanun müharibə veteranları, əsir və girovluqdan azad olunmuş şəxslər, şəhid ailələri və əlillərə əlavə kompensasiya ödənilməsini nəzərdə tutsa da, bu addım həmin kateqoriyaya aid olan işləyənlər üçün keçərli deyildi.

 

Yeni qanun işləyən müharibə veteranları, əsir və girovluqdan azad olunmuş şəxslər, şəhid ailələri və əlillərə də əlavə kompensasiyanın verilməsini nəzərdə tutur.

 

Lakin bu qərarın dayandırılması gözlənildiyindən aksiya iştirakçıları etirazlarını bildirmək üçün İran parlamentinin qarşısına toplaşıblar, belə bir addım atılmamasını istəyiblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR