Bakı. Könül Cəfərli-APA. İran parlamentinin sədr müavini hüccətülislam Məhəmməd Həsən Əbuturabifərd də prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, o hazırda sədr müavini kimi vəzifəsinə davam edir.
Qeyd edək ki, İranda növbəti prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək.