Bakı. Könül Cəfərli – APA. Türkiyədə səfərdə olan İran parlamentinin sədri Əli Laricani bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb. APA-nın məlumatına görə, görüş təxminən iki saat davam edib. Görüşdə Suriyadakı böhran başda olmaqla Qəzzadakı vəziyyət və digər regional problemlər müzakirə olunub. Görüşün detalları barədə ətraflı məlumat verilməyib. Görüşdə Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanın da iştirak etdiyi bildirilir.