Bank Of Baku

İran parlamentinin sədri Türkmənistanda səfərdədir

İran parlamentinin sədri Türkmənistanda səfərdədir
# 06 sentyabr 2013 11:26 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran parlamentinin sədri Əli Laricani Türkmənistana səfər edib.

 

APA-nın İRİB-ə istinadən məlumatına görə, İran parlamentinin spikeri dörd günlük səfəri çərçivəsində Türkmənistanın prezidenti, xarici işlər naziri, parlament sədri və digər rəsmilərilə görüşəcək.

 

Ə.Laricaninin Türkmənistan parlamentində və Aşqabad Universitetində çıxışı, həmçinin Türkmənistanın tarixi şəhəri sayılan Mərvə səfəri də nəzərdə tutulur. Onu səfərdə İranın neft naziri Bijən Namdar Zəngənə və 7 deputat müşayiət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR