Bank Of Baku

İran parlamentinin vitse-spikeri: “Mahmud Əhmədinejad Putinin yolunu seçib, daha 20 il kürsüsündə oturmaq istəyir”

İran parlamentinin vitse-spikeri: “Mahmud Əhmədinejad Putinin yolunu seçib, daha 20 il kürsüsündə oturmaq istəyir”
# 18 fevral 2013 07:31 (UTC +04:00)

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin vitse-spikeri Məhəmmədrza Bahünər deyib. Onun sözlərinə görə, M. Əhmədinejad prezidentliyinin son aylarında bir variant tapmağa çalışır: “Bu məqsədlə İran prezidenti ölkə Konstitusiyasında boşluqlar axtarır. O, Rusiya prezidenti Vladimir Putinin yolunu seçib, daha 20 il kürsüsündə oturmaq istəyir”.

 

M. Bahünər deyib ki, əvvəlki prezidentlər də öz vəzifələrində daha çox qalmaq üçün Konstitusiyada boşluqlar tapmağa çalışıblar: “Məsələn, sabiq prezidentlər Əliəkbər Haşimi Rəfsəncani və Məhəmməd Xatəmi də prezidentliklərinin son aylarında belə fikrə düşdülər. Ancaq ölkə Konstitusiyası bunun reallaşmasına imkan vermədi”.

 

Qeyd edək ki, İran Konstitusiyasına görə, bir şəxs iki dəfədən artıq prezident seçilə bilməz. M. Əhmədinejad da iki dəfə ölkə prezidenti seçilib, 8 ildir bu vəzifəni icra edir.

 

İranda növbəti prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR