Bank Of Baku

İran polisi son bir ildə 300 ton narkotik maddə ələ keçirib

İran polisi son bir ildə 300 ton narkotik maddə ələ keçirib
# 04 dekabr 2012 16:39 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İranda son bir ildə həbs edilən narkotik qaçaqmalçılarından ümumilikdə 300 ton müxtəlif növ narkotik maddə götürülüb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran polisinin nümayəndəsi Əhmədrza Radan açıqlama verib. O bildirib ki, 77 ton narkotik maddə təkcə Sistan və Bəlucistan vilayətində ələ keçirilib: “Hazırda ölkənin cənub-şərq sərhədində narkotik ticarəti ilə məşğul olanlar var. İran polisi lazımi tədbirlər görərək yaxın zamanda oradakı problemi də həll edəcək. Sərhəd polislərimiz Sistan və Bəlucistan vilayətinə ciddi nəzarət edir. Yaxın günlərdə həmin vilayətin cənub hissəsində geniş miqyaslı monitorinqlər aparmağı planlaşdırmışıq”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR