Bakı. Real Cəfərli – APA. İran prezidenti Türkiyə üzrə xüsusi nümayəndə təyin edib.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Həsən Ruhani bununla bağlı Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana məktub ünvanlanıb.
Məktubda İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Türkiyə üzrə xüsusi nümayəndə təyin edildiyi qeyd olunub.
Qeyd edək ki, M.Vaezi bir neçə ay əvvəl İran-Türkiyə Hökumətlərarası Komissiyasının da həmsədri seçilib.