Bank Of Baku

İran prezidentliyinə namizəd: “Əhmədinejad Holokostu gündəmə gətirdiyinə görə peşman olub”

İran prezidentliyinə namizəd: “Əhmədinejad Holokostu gündəmə gətirdiyinə görə peşman olub”
# 30 aprel 2013 10:25 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “Bu gün İran prezidenti Mahmud Əhmədinejad Holokostu bir zamanlar gündəmə gətirdiyinə görə peşman olub”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın ali dini lideri, ayətullah Əli Xamneyinin yanında Strateji Şuranın sədri, ölkə prezidentliyinə namizəd Məhəmməd Şəriətmədari bildirib.

 

Onun sözlərinə görə, M.Əhmədinejadın keçmişdə sərgilədiyi mövqeyini bir daha təkrarlamamaq üçün Nyu-Yorkda jurnalistlər tərəfindən ona yönəldilən Holokost sualına cavab verməkdən çəkinməsini buna səbəb kimi göstərmək olar. M.Şəriətmədari alman faşistləri ilə yəhudilər arasında baş verdiyi iddia edilən Holokost hadisəsinin həmin dövrdə İran xalqına zərər vermədiyini və bu baxımdan mövzunun lazımsız olaraq ortaya atıldığını söyləyib.

 

İran prezidentliyinə namizəd İsrailin fələstinliləri Holokost səbəbindən qətl etdiyini düşünməyin doğru olmadığını deyərək, bu işğalın həmin hadisə ilə heç bir əlaqəsi olmadığını vurğulayıb: “Əhmədinejadın Holokostla bağlı mövqeyi İran xalqına ağır zərbələr vurdu. İran prezidentinin də zəruri olmayan bu mövqeyindən dolayı eyni nəticəyə vardığını düşünürəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR