APA-nın «Arannews»a istinadən məlumatına görə, M.Purməhəmmədi bildirib ki, İran hər zaman qonşu ölkələrlə münasibətlərinin genişlənməsi siyasətinə əhəmiyyət verir və bütün qonşuları ilə dostluq əlaqələrinin qurulmasının tərəfdarıdır: «Azərbaycan İranın milli maraqlarına zidd hərəkət edir. Azərbaycan İranın və islam düşmənlərinin tələsinə düşüb və biz bu ölkənin xalqına sionistlərin tələsindən çıxması üçün yardım göstərməliyik».
Qeyd edək ki, M.Purməhəmmədi İranda prezidentliyə 5 mühafizəkar namizədin yaratdığı «Beşlik» seçki koalisiyasının üzvüdür. Koalisiyaya İran prezidentliyinə namizədlər - İranın hazırkı vitse-spikerləri Məhəmmədrza Bahünər və Məhəmmədhəsən Əbuturabifərd, Tehran Sənaye, Ticarət və Kənd təsərrüfatı Palatasının sədri Yəhya Əli İshaq və sabiq xarici işlər naziri Mənuçöhr Möttəki daxildir. Koalisiya iyunun 14-də İranda keçiriləcək prezident seçkilərində iştirak edəcək.
İran prezidentliyinə namizəd Azərbaycanla münasibətlərdən danışıb
04 may 2013 11:45 (UTC +04:00)
Asiya
İran prezidentinin helikopteri “təcili eniş” edib
17:04
19 may 2024
Yaponiyanın xarici işlər naziri qadınların cəmiyyətdəki rolu ilə bağlı açıqlamalarından geri çəkilib
11:40
19 may 2024
İsrailin müdafiə naziri Netanyahuya ultimatum verib və koalisiyadan çıxmaqla hədələyib
09:48
19 may 2024
KİV: Yaponiya yeni nəsil avtomobillər üçün dünya bazarının üçdə birini tutmaq istəyir
09:16
19 may 2024