Bank Of Baku

İran Qəzzaya maliyyə və hərbi yardımlarını artırıb

İran Qəzzaya maliyyə və hərbi yardımlarını artırıb
# 25 noyabr 2012 21:37 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İran Qəzzaya maliyyə və hərbi yardımlarını artırıb”.

 

APA-nın məlumatına görə, bunu HAMAS-ın yaradıcılarından biri olan Mahmud əl-Zahar bildirib.

 

Onun sözlərinə görə, İsrailin Qəzzaya qarşı həyata keçirdiyi “Bulud sütunu” əməliyyatı zamanı Fələstin xalqının “qələbə”sindən sonra bu addımı atıb: “Mən buna şahidəm ki, İran bunu şərtsiz, Allah rizası üçün verir. İndi yəhudilər fələstinlilərə hücum etməzdən əvvəl iki dəfə fikirləşir”.

 

M. əl-Zahar deyib ki, hansısa yolla silah idxal etməkdən başqa seçimləri yoxdur: “Hazırda Qətər Fələstinə dəstək üçün rəqabət aparır. Bundan da Qəzza sadəcə qazanacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR