Bakı. Real Cəfərli – APA. İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istəyir. APA-nın İRNA-ya istinadən məlumatına görə, bu barədə Rusiyada nəşr olunan “Kommersant” qəzeti yazıb. Xəbərdə bildirilir ki, ŞƏT-a üzv ölkələrin xarici işlər nazirlərinin Qırğızıstanın Çolyan Ata şəhərində keçirilmiş sonuncu toplantısında qurumun sıralarının genişləndirilməsi və öhdəliklər üzrə saziş planlarının üzvlüyə namizəd ölkələr tərəfindən imzalanması barədə fikir mübadiləsi aparılıb. Qəzetin yazdığına görə, qurumun sıralarının yaxın gələcəkdə genişlənəcəyi planlaşdırılır. Belə ki, ŞƏT-ın baş katibi İman Əliyev bildirib ki, İran, Pakistan və Hindistan bu quruma üzv olmaq niyyətindədir.