Bakı. Könül Cəfərli – APA. İran-Türkiyə sərhədində silahlı insident baş verib.
APA-nın məlumatına görə, aprelin 15-dən 16-na keçən gecə Türkiyənin Özalp mahalına bağlı Oymaqlı kəndi yaxınlarında baş vermiş hadisəyə səbəb 36 yaşlı Arif Noyan və 50 yaşlı Zəki Yalçınqayanın İran-Türkiyə sərhədini pozaraq, İranın Məğmur kəndinə daxil olması və İrandan Türkiyəyə qaçaqmal yolu ilə yanacaq keçirmək istəməsi olub.
İran sərhədçiləri onları görən kimi atəş açıb, nəticədə Arif Noyan ürəyindən aldığı güllə yarasından yerindəcə keçinib, Zəki Yalçınqaya isə yaralanıb, onun həyatının təhlükə qarşısında olmadığı bildirilir.
Hadisəyə münasibət bildirən Özalp Bələdiyyəsinin sədri Murad Durmaz deyib ki, Türkiyə hökuməti “Mavi Mərmərə” məsələsində olduğu kimi, İranın da bu davranışına reaksiya verməlidir.