Bank Of Baku

İran sərhədində atışmada iki sərhədçi həlak olub

İran sərhədində atışmada iki sərhədçi həlak olub
# 21 iyun 2018 10:14 (UTC +04:00)

Ötən axşam Pakistan-İran sərhədində atışma olub.

 

APA-nın Tehran bürosunun məlumatına görə, silahlı dəstə Zabul sərhəd zonasında Pakistandan İran ərazisinə keçmək istəyərkən sərhədçilərlə atışma baş verib.

 

Atışma zamanı iki sərhədçi həlak olub, üçü yaralanıb. 

 

Ölənlərdən biri zabit, digəri əsgərdir. 

 

Qarşı tərəfin itkiləri, habelə hadisə barədə məlumat açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR