Bank Of Baku

İran Səudiyyə Ərəbistanına nota verib

İran Səudiyyə Ərəbistanına nota verib
# 28 mart 2013 08:33 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

 

APA-nın İRİB-ə istinadən məlumatına görə, buna səbəb Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin 16-sı yerli, 1-i Livan, 1-i isə İran vətəndaşı olmaqla bir həftə əvvəl həbs olunmuş 18 nəfəri Tehrana casusluqda ittiham etməsidir.

 

İran XİN-də Səudiyyə Ərəbistanı diplomatı ilə keçirilmiş görüşdə irəli sürülən iddialar rədd edilib, kütləvi informasiya vasitələrində aparılan təbliğata etiraz bildirilib və qarşı tərəfdən rəsmi izahat tələb olunub.

 

Bundan əlavə, “əş-Şərq əl-Əvsat” qəzeti İranın Səudiyyə Ərəbistandakı səfirinin bu ölkəni tərk edərək Tehrana geri döndüyünü yazıb. Ancaq İran XİN-dən bu məlumat təkzib edilib və səfirin hazırda Səudiyyə Ərəbistanında öz vəzifəsinin başında olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR