Bank Of Baku

İran Türkiyə və Səudiyyə Ərəbistanının nüvə müzakirələrində iştirakını qəbul etməyib

İran Türkiyə və Səudiyyə Ərəbistanının nüvə müzakirələrində iştirakını qəbul etməyib
# 13 fevral 2013 10:36 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İran Türkiyənin nüvə müzakirələrində iştirakını istəməyib. APA-nın məlumatına görə, İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Əlaəddin Burucerdi deyib ki, “altılıq” qrupuna Türkiyə və Səudiyyə Ərəbistanının daxil edilməsi Tehranın nüvə proqramı ətrafında yaranmış problemin həllinə yardımçı olmayacaq: “Türkiyə və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasının daimi üzvləri deyillər. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun niyə belə bir təkliflə çıxış etməsinin səbəbi məlum deyil. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmayan Almaniya isə Avropa Birliyinin əhəmiyyətli ölkəsi olduğundan müzakirələrə qatılır. Türkiyə və Səudiyyə Ərəbistanının müzakirələrə daxil edilməsinin problemin həllinə yardımçı olacağını düşünmürəm”.

 

Qeyd edək ki, Ə. Davudoğlu İranla “altılıq” ölkələri arasında keçiriləcək müzakirələrə Türkiyə və Səudiyyə Ərəbistanının da qatılmasını təklif edib.

 

İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri fevralın 26-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR