Bank Of Baku

İran və ABŞ xarici işlər nazirləri arasında təkbətək görüş keçirilib - FOTO

İran və ABŞ xarici işlər nazirləri arasında təkbətək görüş keçirilib - <span style="color: red;">FOTO
# 27 sentyabr 2013 08:27 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran və ABŞ xarici işlər nazirləri arasında qısa təkbətək görüş keçirilib.

 

APA-nın İran mətbuatına istinadən məlumatına görə, Məhəmməd Cavad Zərif və Con Kerri sentyabrın 27-də Nyu-York şəhərində BMT-nin mənzil-qərargahında İran və “altılıq” ölkələrinin xarici işlər nazirləri səviyyəsində keçirilmiş nüvə müzakirələri zamanı bir araya gəliblər.

 

Görüşdə İran və ABŞ nümayəndə heyətləri, həmçinin Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton da iştirak edib.

 

Qeyd edək ki, İran və ABŞ XİN rəhbərləri arasında görüş sonuncu dəfə 1979-cu ildə İbrahim Yəzdi ilə Sayrus Vens arasında keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR