Bank Of Baku

İran və Böyük Britaniya səfirlik münasibətlərinin bərpası üçün danışıqlar aparılır

İran və Böyük Britaniya səfirlik münasibətlərinin bərpası üçün danışıqlar aparılır
# 18 mart 2013 10:14 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İran və Böyük Britaniya ikitərəfli səfirlik münasibətlərinin bərpası üçün danışıqlar aparır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın xarici işlər nazirinin müavini Həsən Qəşqavi açıqlama verib.

 

O bildirib ki, səfirlik münasibətlərinin yenilənməsi üçün Böyük Britaniya tərəfi ilə müzakirələr davam edir.


Qeyd edək ki, 2011-ci il noyabrın 29-da Böyük Britaniyanın İrandakı səfirliyinin binası qarşısında kütləvi aksiya keçirilib. Səfirliyin qarşısına toplaşan kütlə ABŞ, Böyük Britaniya və İsrail əleyhinə şüarlar səsləndirib, binanı yumurta atəşinə tutublar, şüşələrini sındırıb və yandırıcı maddələr atıblar. Hadisədən sonra Böyük Britaniya Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR