Bakı. Real Cəfərli – APA. İranın xarici işləri naziri Əli Əkbər Salehi ilə suriyalı həmkarı Vəlid əl-Müəllim arasında telefon danışığı olub.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, görüşdə əsasən İsrailin Suriyaya hücumu əsas müzakirə mövzusu olub.
Görüşdə həmçinin Suriyadakı müqəddəs məkanlara hücumlar edilməsi, qəbirlərin dağıdılması və təhqir edilməsi də pislənilib və bunun insanlığa sığmayan hərəkət olduğu vurğulanıb. Eyni zamanda tərəflər Suriya böhranının həlli yolları ilə də bağlı fikir mübadiləsi aparıblar.