APA-nın «Press TV»yə istinadən məlumatına görə, təşkilatın ofisi aprelin 11-də Ağ Evin yaxınlığında açılıb və tədbirdə ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Bolton və başqaları iştirak ediblər.
Qeyd edək ki, Avropa Birliyi və Böyük Britaniya İran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İran Xalq Mücahidlər Təşkilatının adını 2008-ci ildə, ABŞ isə 2012-ci ildə terrorçu təşkilatlar siyahısından çıxarıb. Təşkilat İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra İran Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib. Təşkilatın silahlı qanadı əsasən İraqdakı «Əşrəf» hərbi qərargahında cəmləşib. ABŞ-ın 2003-cü ildə İraqa hərbi hücumundan sonra bu ölkədəki mücahidlər tamamilə tərk-silah edilərək «Əşrəf» qərargahında ABŞ ordusunun nəzarətində saxlanılıb. 2009-cu ildə ABŞ hökuməti bu qərargahın nəzarətini İraq hökumətinə tapşırıb.