Bank Of Baku

İran xarici işlər naziri BMT baş katibinə məktub göndərib

İran xarici işlər naziri BMT baş katibinə məktub göndərib
# 27 mart 2014 16:54 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT baş katibi Pan Gi Muna məktub ünvanlayıb.

 

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, nazir məktubunda bu il fevralın 6-da İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan vilayətində “Ceyşul Ədl” silahlı qruplaşması tərəfindən girov götürülmüş 5 iranlı sərhədçidən birinin qətlə yetirilməsi ehtimalına, həmçinin terrorçu qrupların İran vətəndaşları və diplomatlarına qarşı cinayətlərinə toxunaraq bu hərəkətlər qarşısında beynəlxalq səylərin tam ciddi şəkildə həyata keçirilməsini tələb edib: “İran xalqı belə bir şəraitdə beynəlxalq təşkilatlardan, xüsusilə də BMT-dən İran vətəndaşları, rəsmiləri və sərhədçilərə qarşı cinayətlərin qarşısını almaq üçün əlavə addımlar atmasını gözləyir. Bundan başqa, BMT başda olmaqla beynəlxalq təşkilatlardan iranlı sərhədçilərin azadlığa buraxılması üçün ciddi addımlar atmasını istəyirik”.

 

İran xarici işlər naziri məktubunda ötən il ərzində Yəmən və Livanda, həmçinin İranın Pakistanın Pişavərdəki Baş Konsulluğunda iranlı diplomatların oğurlanması və qətlə yetirilməsinə toxunaraq dünya ictimaiyyətini bu məsələdə məsuliyyətli olmağa çağırıb.

 

M. C. Zərif İranın narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizədə qabaqcıl olduğunu da vurğulayıb: “Bütün dünyada kəşf edilən narkotik maddələrin ¾-nün İranda aşkar edildiyini nəzərə alsaq, rəsmi Tehran maddi-mənəvi baxımdan ağır xəsarətlərə məruz qalıb. Lakin dünya ictimaiyyəti bu amansız və sonsuz mübarizədə layiqincə İranı dəstəkləməyib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR