Bank Of Baku

İran xarici işlər naziri ilk rəsmi səfərini İraqa edib

İran xarici işlər naziri ilk rəsmi səfərini İraqa edib
# 08 sentyabr 2013 18:46 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilk rəsmi səfərini İraqa edib.

 

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, İran XİN rəhbərinin iki günlük səfəri çərçivəsində iraqlı həmkari Huşyar Zibari, baş nazir Nuri əl-Maliki, vitse-prezident Xudeyr əl-Xəzayi, parlamentin spikeri Üsamə əl-Nəcəfi, İraq Ali İslam Şurasının rəhbəri Əmmar Həkim və bu ölkənin digər rəsmilərilə görüşəcək.

 

Görüşlərdə əsasən ikitərəfli əlaqələrin inkişafı, regional və qlobal məsələlər, həmçinin Suriya məsələsi və İranın nüvə proqramı ətrafında fikir mübadiləsi aparılacağı bildirilir.

 

Eyni zamanda M. Zərifin səfər çərçivəsində İraqın Nəcəf və Kərbəla şəhərlərindəki müqəddəs məkanları ziyarət etməsi də nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR