Bakı. Real Cəfərli, Şamil Əlibəyli – APA. İran Xarici İşlər Nazirliyinin sözçüsü dəyişdirilib.
APA-nın “Press TV”-ya istinadən verdiyi məlumata görə, bu barədə hazırda İran XİN-in mətbuat xidmətinin rəhbəri (sözçüsü) vəzifəsini icra edən Seyid Abbas Əraqçı bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İran XİN sözçüsü vəzifəsinə ilk dəfə olaraq xanım təyin edilib.
Yeni sözçünün gələn həftənin ikinci günü jurnalistlərlə görüşəcəyini qeyd edən A. Əraqçı onun kimliyini açıqlamayıb.
A. Əraqçı İranın ilk dəfə hansısa xarici ölkəyə xanım səfir göndərməyi qərara aldığını da bildirib. O, İranın yeni hökumətinin qadınların dövlət işinə dəvət edilməsində maraqlı olduğunu vurğulayıb.
Bu gün keçirilən brifinqdə A. Əraqçı bütün jurnalistlərə öz təşəkkürlərini bildirib və onlarda vidalaşıb.