Bank Of Baku

İran Xəzərin dərinsulu şelfində yeni neft-qaz yataqlarının aşkarlanmasını istisna etmir

İran Xəzərin dərinsulu şelfində yeni neft-qaz yataqlarının aşkarlanmasını istisna etmir
# 09 aprel 2014 04:25 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, geoloji kəşfiyyat işləri həyata keçirən Khazar Exploration and Production Company şirkətinin direktoru Yusif Etemadi bildirib ki, ümidverici nəticələr ikinci test quyusunda 2664 metr dərinlikdə  əldə olunub. Qazma işlərini burada 4022 metr dərinliyədək davam etdirmək planlaşdırılır.   

 

Etemadinin sözlərinə görə, İran müvafiq texnologiyaya malik olmadığından dərinsulu akvatoriyalardakı şelfdə quyuların qazılması zamanı şirkət ciddi çətinliklərlə üzləşir.

 

Bununla belə o qeyd edib ki, şirkət Xəzərin şelfindəki Sərdare-Canqal yatağında artıq neftin hasilatına başlamaq niyyətindədir. Bu yatağın ehtiyatları 2 mlrd barel həcmində qiymətləndirilir.

 

İran geoloqlarının məlumatına görə, Xəzərin daha dərinsulu olan cənub sektorunda neft və qazın məcmu ehtiyatları 21 mlrd barel təşkil edir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR