Bank Of Baku

İran XİN: “İsrailin İrana qarşı edəcəyi ilk səhv bu ölkənin son səhvi olacaq”

İran XİN: “İsrailin İrana qarşı edəcəyi ilk səhv bu ölkənin son səhvi olacaq”
# 05 aprel 2013 01:03 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İsrailin İrana qarşı edəcəyi ilk səhv bu ölkənin son səhvi olacaq”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Ermənistanda keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, İsrail İrana qarşı hərbi əməliyyat keçirmək üçün güc və qabiliyyətdən məhrumdur: “İran özünün müdafiəetmə gücünün zirvəsindədir. Bu baxımdan İsrail rəhbərliyinin edəcəyi ilk səhv onun son səhvi olar”.

Qeyd edək ki, ötən ay da İranın ali dini lideri, ayətullah Əli Xamneyi İsrailin İrana qarşı hər hansı bir səhv addımı qarşılığında bu ölkənin iki əhəmiyyətli şəhəri olan Təl-Əviv və Hayfanı yerlə yeksan edəcəklərini bəyan etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR