Bank Of Baku

İran XİN: Beynəlxalq koalisiyanın İŞİD-ə qarşı mübarizə planı qeyri-müəyyəndir

İran XİN: Beynəlxalq koalisiyanın İŞİD-ə qarşı mübarizə planı qeyri-müəyyəndir
# 11 sentyabr 2014 12:37 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. İran beynəlxalq koalisiyanın İŞİD-ə qarşı mübarizə planını qeyri-müəyyən adlandırır.

 

APA - nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfham jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

“NATO-nun Uelsdəki sammitindən sonra İŞİD-ə qarşı yaradılan beynəlxalq koalisiyanın mübarizə planında ciddi qeyri-müəyyənliklər var. Bu koalisyanın terrorizmə qarşı mübarizə aparmaq niyyəti şübhəli görünür”, - deyə o vurğulayıb.

 

M. Əfham həmçinin koalisiyaya üzv bəzi ölkələri Suriya və İraqda terrorçulara dəstək verməkdə ittiham edib. Bununla belə, o, ABŞ prezidenti Barak Obamanın İŞİD-ə qarşı mübarizə planına münasibət bildirməyib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR