Bank Of Baku

İran XİN ölkə vətəndaşlarına ABŞ-a səfər etməmək barədə xəbərdarlıq edib

İran XİN ölkə vətəndaşlarına ABŞ-a səfər etməmək barədə xəbərdarlıq edib
# 24 dekabr 2012 09:04 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İran vətəndaşları zərurət olmadığı təqdirdə ABŞ-a səfər etməsinlər”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, belə bir xəbərdarlıqla İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst çıxış edib.

 

Onun sözlərinə görə, hazırda ABŞ-da İranofobiya var: “ABŞ-da İranofobiya məqsədli olaraq davam etdirilir. Bu şərtlərdə İran vətəndaşlarının ABŞ-a səfər etməsi təhlükəlidir”.

 

R.Mehmanpərəst deyib ki, İran vətəndaşı Daryuş Sərrəştə ABŞ polisi tərəfindən beş saatlıq dindirilmədən sonra dünyasını dəyişib: “Bu hadisədə qüsur varsa, ABŞ rəhbərliyi məsələni ciddiyə alaraq Daryuş Sərrəştənin ailəsinə məlumat veməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR