Bank Of Baku

İran XİN rəhbəri Münhendə “altılıq” ölkələrinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək

İran XİN rəhbəri Münhendə “altılıq” ölkələrinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək
# 06 fevral 2015 09:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Münhendə “altılıq” ölkələrinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.

 

APA-nıın “Press TV”yə istinadən verdiyi məlumata görə, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Almaniya və ABŞ nümayəndələri ilə danışıqlar zamanı İranın nüvə proqramı məsələsi müzakirə olunacaq.

 

Xatırladaq ki, 2013-cü ilin noyabrında Cenevrədə tərəflər İranın nüvə proqramının dinc xarakterli olmasını təmin edən sənədin hazırlanması barədə razılığa gəliblər. Bir il keçsə də, hələlik belə bir sənəd hazırlanmayıb. Danışıqların 2015-ci il iyun ayının sonunadək uzadılması haqda qərar qəbul olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR