Bank Of Baku

İran XİN rəhbəri Suriyada Bəşər Əsədlə görüşüb

İran XİN rəhbəri Suriyada Bəşər Əsədlə görüşüb
# 08 may 2013 04:04 (UTC +04:00)

Bakı-APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi mayın 7-də Suriyaya səfəri çərçivəsində  ölkə prezidenti Bəşər Əsədlə görüşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyinə İran XİN-də olan mənbə məlumat verib.   

 

Qeyd edək ki, bir müddət əvvəl İran XİN rəhbəri Suriya hökumətini münaqişəni sülh yolla həll olunmasını dəstəkləyən müxalifət təşkilatları ilə dialoq qurmağa çağırıb. Görüşün təfərrüatları hələlik açıqlanmır.  

 

Xatırladaq ki, İran İsrail Hərbi-Hava Qüvvələrinin Suriya ərazisinə raket zərbələri endirməsini qəti şəkildə pisləyib və region ölkələrini bu hücumların qarşısını almağa çağırıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR