Bank Of Baku

İran yeni AES-lərin inşası üçün 16 yer müəyyənləşdirib

İran yeni AES-lərin inşası üçün 16 yer müəyyənləşdirib
# 17 mart 2014 07:45 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran yeni atom-elektrik stansiyalarının (AES) inşası üçün 16 yer müəyyənləşdirib”.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Atom Enerjisi Təşkilatı sədrinin müavini Məhəmməd Əhmədian bildirib.

 

Onun sözlərinə görə, yeni AES-lərin İran ərazisində tikintisi təşkilatın prioritetlərindəndir: “Cənub sahilləri də bunun üçün daha əlverişlidir”.

 

M.Əhmədian deyib ki, İran ona yaxın AES-i Fars körfəzi və Oman dənizinin sahilində inşa etmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR