Bakı. Könül Cəfərli – APA. İran yeni hərbi dəniz bazası tikir. APA-nın İRNA-ya istinadən verdiyi məlumatına görə, bunu İran Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyari deyib. O bildirib ki, hərbi baza ölkənin cənub-şərqindəki Pəsabəndər şəhərində və Pakistan sərhədinə yaxın olan Quvatr Körfəzində inşa edilir: “İran Hərbi-Dəniz Qüvvələrinin ölkənin cənub-şərq bölgəsində yerləşdirilməsində məqsəd milli mənafeyimizi, su sərhədlərimizi müdafiə etmək və giriş-çıxışa nəzarət etməkdir”.