Bank Of Baku

İran yeni pilotsuz təyyarə istehsal edib

İran yeni pilotsuz təyyarə istehsal edib
# 06 may 2013 08:19 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. Mayın 7-də İran ən müasir pilotsuz təyyarəsinin təqdimatını keçirəcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın müdafiə naziri, general-mayor Əhməd Vəhidi bildirib. Onun sözlərinə görə, “Həmasət” adlanan təyyarə tamamilə yerli istehsaldır. Ə. Vəhidi həmçinin mərasimdə İranın ən müasir dəniz avadanlıqları və raketlərinin də təqdimatının keçiriləcəyini deyib.

 

Qeyd edək ki, mayın 5-də İranın yerli istehsalı olan “214” tipli helikopterin simulyatorunun təqdimat mərasimi keçirilib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, tədbirdə İran Quru Qoşunlarının komandanı, general-mayor Əhmədrza Purdəstan da iştirak edib. O bildirib ki, hazırda İranda ən müasir texnoloji simulyatorlar istehsal edilir. Yaxın günlərdə “209”, “Kobra” və “Şnok” helikopterlərinin də simulyatorlarının təqdimatı keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR