Bank Of Baku

İrana qarşı sanksiyalar bu ölkənin gəlirini 40 milyard dollar azaldıb”

İrana qarşı sanksiyalar bu ölkənin gəlirini 40 milyard dollar azaldıb”
# 14 fevral 2013 12:52 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli-APA. Nüvə proqramının dayandırılması üçün İrana qarşı tətbiq edilən sanksiyalar nəticəsində 2011-ci ilin sonu ilə müqayisədə bu ölkənin neft ixracı təqribən yarıya qədər azalıb.  APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında yazılıb. Hesabatda bildirilib ki, cari ilin yanvar ayında İranda karbohidrogen hasilatı son 30 ildə minimum həddə enib: “Bu ölkədə gündəlik neft hasilatı 2.65 milyon barelə enib. Halbuki sanksiyalardan öncə İran hər gün 3.7 milyon barel neft çıxarırdı. İrana qarşı sanksiyalar bu ölkənin gəlirini 40 milyard dollar azaldıb. Bu isə ölkənin milli valyutasının dəyər itirməsinə səbəb olur”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR