Bakı. Könül Cəfərli – APA. İranın Sənəndəc şəhərində bu gün bir nəfər edam edilib. APA-nın məlumatına görə, adam öldürməkdə təqsirləndirilən Ömər Şahbazi barədə Sənəndəc Məhkəməsi ölüm hökmü çıxarıb. Qərar səhər saatlarında Sənəndəc həbsxanasında icra edilib.
Qeyd edək ki, İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.