Bank Of Baku

İranda 2012-ci ildə həbs edilmiş şəxslərin sayı açıqlanıb

İranda 2012-ci ildə həbs edilmiş şəxslərin sayı açıqlanıb
# 15 aprel 2013 06:44 (UTC +04:00)

Bu şəxslərdən yalnız 649-nun adı və soyadı məlumdur, qalan 1530 nəfərin ad və soyadlarını dəqiqləşdirmək mümkün olmayıb.

 

Siyahıda qeyd olunur ki, 377 nəfər düşüncə və ifadə azadlığına, 56 nəfər milli-mədəni fəaliyyətinə və 4 nəfər qadın haqlarını müdafiə etdiyinə görə tutulub.

 

Bundan əlavə, həbs edilənlərdən 341 nəfəri dini azlıqların, 118 nəfəri etnik millətlərin, 76 nəfəri fəhlə hərəkatının və 37 nəfəri tələbə hərəkatının üzvüdür.

 

Siyahıda 2 uşağın da adı var.

 

Siyahıda həmçinin vurğulanır ki, İranda 2012-ci ildə ictimai əxlaq qaydalarını pozduğuna görə 2095 nəfər həbs edilib.

 

Bundan başqa, daha 295 nəfər gecə əyləncələri zamanı tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR