Bakı. Könül Cəfərli - APA. İranın Sistan və Bəlucistan vilayətində narkotik qaçaqmalçılarından ibarət dəstə yaxalanıb.
APA-nın İRNA-ya istinadən məlumatına görə, zərərsizləşdirilən qaçaqmalçılardan ümumilikdə 3 ton müxtəlif narkotik maddə götürülüb. Saxlanılan şəxslər həbs edilib.
Qeyd edək ki, İranda narkotika qaçaqmalçılığının cəzası ölüm hökmüdür.