Bank Of Baku

İranda 6,3 bal gücündə zəlzələ olub

İranda 6,3 bal gücündə zəlzələ olub
# 09 aprel 2013 15:08 (UTC +04:00)

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, zəlzələni episentri Buşəhr Atom Elektrik Stansiyasının 90 kilometrliyinə təsadüf edib və 10 km dərində olub.   

 

AES-i inşa edən Rusiyanın “Atomstroyeskport” şirkətindən bildiriblər ki, AES ərazisində təkanlar hiss edilsə də, obyektə hər hansı zərər dəyməyib. Belə ki, AES 9 bal gücündə zəlzələyə davam gətirəcək şəkildə inşa olunub.

 

Qeyd edək ki, Buşəhr AES-in tikintisi ötən əsrin 70-ci illərində başlayıb və bu işlə Almaniyanın “Siemens” şirkəti məşğul olub. Lakin islam inqilabından sonra almanlarla müqavilə ləğv edilib. 1992-ci ildə rusiyalı mütəxəssislərin köməyi ilə tikinti bərpa olunub, 1998-ci ildə tikintiyə “Atomstroyeksport” şirkəti qoşulub. Stansiyanın rəsmi açılışı 2010-cu ilin avqustunda keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR