Məlumata görə, avqustun 26-da səhər saatlarında Qum şəhərinin mərkəzi həbsxanasında dara çəkilən məhbuslar üzərlərində ümumilikdə 354 kq tiryək, 15 kq krak və 3 kq heroinlə tutulublar. Onların 2 kq krak satdıqları da təsdiqini tapıb.
Avqustun 25-də səhər saatlarında İsfahan şəhərinin həbsxanasında edam edilən məhbus isə 2009-cu ildə üzərində 2 kq 450 qr heroin və 1 kq 770 qr krakla həbs edilib.
Edam olunanların ad və soyadı açıqlanmayıb. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.
Qeyd edək ki, bununla bir həftə ərzində İranda edam olunanların sayı 39-a çatıb.