Bank Of Baku

İranda 7 nəfər edam edilib

İranda 7 nəfər edam edilib
# 16 aprel 2013 10:06 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda 7 nəfər edam edilib. APA-nın məlumatına görə, silahlı soyğunçuluqda və təcavüzdə günahlandırılan məhbuslar bu gün səhər saatlarında Şiraz şəhərində dara çəkiliblər.

 

Yalnız ad və soyadlarının baş hərfləri qeyd olunan məhbuslardan 4-ü əhalinin gözü qarşısında, 3-ü isə Şirazın Adilabad həbsxanasında edam edilib. Məhbuslardan ikisi 5 dəfə bankdan və 4 dəfə avtomobildən silahlı soyğunçuluq etmək, ikisi zərgərlik məmulatları mağazasından silahlı soyğunçuluq etmək, həmçinin zərgərin özünü və oğlunu yaralamaq, digər üç nəfər isə silahlı soyğunçuluq, vətəndaşları təhdid etmək və Şiraz şəhərinin parklarında qadınlara təcavüz etmək ittihamları ilə dara çəkiliblər.

 

Qeyd edək ki, “Amnesty İnternational”ın (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda 2012-ci ildə İranda 314 nəfərin edam edildiyi bildirilir. Ancaq yerli insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR