Bank Of Baku

İranda “Bugünkü və gələcək Xəzər dənizi” konfransı keçiriləcək

İranda “Bugünkü və gələcək Xəzər dənizi” konfransı keçiriləcək
# 05 dekabr 2012 09:04 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli-APA. “Bu günkü və gələcək Xəzər dənizi” konfransı 2013-cü ilin  əvvəlində İranın paytaxtı Tehran şəhərində keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Rusiyanın fövqəladə və səlahiyyətli Viktor Kalyujnı açıqlama verib.

 

O bildirib ki, bu tədbirin Tehranda keçirilməsi İranın təşəbbüsüdür: “Konfransda dövlət başçılarının iştirakı ilə Xəzər dənizinin hüquqi statusunun müzakirə edilməsi də planlaşdırılıb. Xəzər artıq yalnız energetika deyil, həmçinin geosiyasi problemdir və Şərqdə baş verən məsələlərlə də bağlıdır. Əvvəllər bu dənizdə yalnız bir donanma var idisə, bu gün demək olar ki, bütün dövlətlərin Xəzərdə donanması var. Odur ki, 5 Xəzəryanı dövlət arasında təhlükəzilik məsələləri ilə bağlı ümumi razılaşma əldə edilməlidir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR