Bank Of Baku

İranda "Instagram"-a girişə məhdudiyyət aradan qaldırılıb

İranda "Instagram"-a girişə məhdudiyyət aradan qaldırılıb
# 07 yanvar 2018 08:54 (UTC +04:00)

İran hakimiyyəti "Instagram"  sosial şəbəkəsinə girişə məhdudiyyəti aradan qaldırıb.

 

APA-nın məlumatına görə, bu barədə bu gün "Fars" agentliyi məlumat yayıb.

 

Artıq evlərdə "Instagram" -a daxil olmaq mümkündür. İran hakimiyyəti bir GSM operatoruna tətbiq edilən məhdudlaşdırmanı da aradan qaldırıb.

 

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. Dekabrın 31-də  "Reuters" agentliyi hakimiyyətin "Instagram" sosial şəbəkəsi və "Telegram"-a girişi müvəqqəti bağladığı barədə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR