Bank Of Baku

İranda Abbas Lisani və həbsə alınmış başqa 6 azərbaycanlı fəal aclıq aksiyasına başlayıb

İranda Abbas Lisani və həbsə alınmış başqa 6 azərbaycanlı fəal aclıq aksiyasına başlayıb
# 24 fevral 2014 11:47 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 21 fevral - Ümumdünya Ana Dili Günü ilə bağlı tutulmuş 7 azərbaycanlı fəal aclıq aksiyasına başlayıb.

 

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Abbas Lisani, Saleh Molla Abbasi, İbrahim Rəşidi Savalan, İbrahim Nuri, Behzad Əbdi, Əkbər Əbulzadə və Abbas Nəzəri İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Əhər şöbəsinin təcridxanasında qeyri-qanuni saxlanılmalarına etiraz edirlər. Çünki azərbaycanlı fəalların ilkin məhkəmə prosesi başa çatıb və hakim onların azadlığa buraxılması üçün mülk girovu təyin edib. Ancaq bununla belə soydaşlarımız ETTELAAT-ın Əhər şöbəsinin təcridxanasına köçürülüblər.

 

Bunlardan əlavə, daha 23 azərbaycanlı fəal hazırda Əhər şəhərinin həbsxanasında saxlanılır. Onların sərbəst buraxılması üçün 20, 40, 50 və 100 milyon tümən mülk girovu təyin edilib. Eyni zamanda 52 azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb. Bundan əlavə, fevralın 20-də İranın Şərqi Azərbaycan vilayətinin Binab şəhərində həbs edilmiş Bəhmən Xaliqi də zəmanətlə azadlığa buraxılıb. Azərbaycanlı fəalın ikigünlük həbs müddətində ağır fiziki təzyiqlərə məruz qaldığı bildirilir. ETTELAAT əməkdaşlarının Kərim Fəyyazi ilə birgə Məlikan (Məlikkəndi) şəhərində həbsə aldığı Səccad Əfruziyan isə Marağa şəhərinin həbsxanasına köçürülüb. Məhkəmə onun azadlığa buraxılması üçün mülk girovu təyin etsə də, ancaq ETTELAAT bu qərarın icrasına mane olub.

 

Qeyd edək ki, fevralın 20-də İranın Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində kütləvi həbs həyata keçirilib. İran nizam-intizam qüvvələri (polis) azərbaycanlı fəal Əkbər Əbulzadənin atası evinə basqın ediblər. Buna səbəb azərbaycanlı fəalların 21 fevral Ümumdünya Ana Dili Günü münasibətilə tədbir keçirmək üçün toplanmaları olub. Ona görə də İran nizam-intizam qüvvələri ilə birlikdə əraziyə 15-ə yaxın polis avtomobili gəlib. Nəticədə polislərlə azərbaycanlı fəallar arasında toqquşma baş verib. Polislərin tanınmış azərbaycanlı fəal Abbas Lisaninin üzərinə silah çəkərək təhdid etdiyi, bəzi soydaşlarımıza qarşı zor tətbiq etdiyi bildirilir. Toqquşma yüzə yaxın azərbaycanlı fəalın həbsi ilə nəticələnib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR