APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, hadisə martın 25-də İranın Xuzistan vilayətinin Təlaiyə bölgəsində baş verib.
Kirman vilayətindən İran-İraq müharibəsi qurbanlarının xatirəsini yad etmək üçün yola çıxmış 45 nəfərlik iki avtobusdan biri aşıb. Nəticədə 11 nəfər ölüb, 19 nəfər xəsarət alıb.
Xəsarət alanlar Kirman, Əhvaz və Susəngərd şəhərlərinin xəstəxanalarına yerləşdiriliblər.
Onlardan 8-i müayinə edildikdən sonra evə buraxılıb.
Qəzaya yüksək sürət və yol-hərəkət qaydalarına riayət edilməməsinin səbəb olduğu bildirilir.