Bank Of Baku

İranda avtobus qəzaya uğrayıb, 6 nəfər ölüb, 10 nəfər yaralanıb

İranda avtobus qəzaya uğrayıb, 6 nəfər ölüb, 10 nəfər yaralanıb
# 27 dekabr 2012 13:25 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranın Səbzivar şəhərinin 45 kilometrliyində yerli vaxtla saat 01:45-də avtobus qəzaya uğrayıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Xorasan-Rəzəvi vilayətinin Polis İdarəsinin rəisi Bəhmən Əmiri Müqəddəm açıqlama verib. O bildirib ki, Tehrandan Taybad şəhərinə yola düşən avtobusda 21 sərnişin olub: “Yol sürüşkən olduğu üçün sürücü idarəetməni itirib və qəza baş verib. Hadisə nəticəsində 10 nəfər yaralanıb, 6 nəfər ölüb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR